ABŞ-nin "Politico" internet qəzeti məsələ ilə əlaqədar dekabrın əvvəlində hər iki ölkədə 2 min yetkin vətəndaş arasındasorğukeçirib. Sorğuya qoşulanalmanların təqribən 46%-i, fransızların 37%-i Kiyevə yardımın əleyhinədir.Onların fikrincə, bu külli miqdarda yardım öz ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Almaniya üzrə sorğu iştirakçılarının 26%-i, Fransa üzrə iştirakçıların 17%-i vurğulayır ki,yerli hökumətlər Ukraynaya dəstəkdən əvvəl daxili problemlərin həllinə diqqət yetirməlidirlər:
"Sorğuda almanların 18%-i və fransızların 17%-i daha bir nöqtədə ortaq fikirdədirlər: Rusiya-Ukrayna müharibəsinin onların ölkələrinə qətiyyən dəxli yoxdur. Ona görə də Kiyevə maliyyə yardımı azaldılmalıdır. Sorğu iştirakçılarının 15-16%-i bu yardıma narazılığı başqa bir səbəblə əlaqələndirir: Avropanın artan dəstəyi Moskvanı daha da qızışdıra bilər".
"Politico" diqqətə çatdırır ki, sorğuya Almaniyadan qoşulanların əksəriyyətiölkələrinə Ukraynadan miqrant axınının məhdudlaşdırılmasınıda istəyir.
Eyni zamanda,Almaniya üzrə sorğu iştirakçılarının 21%-i, Fransa üzrə iştirakçıların isə 35%-iəks fikirdədir: onların qənaətinə görə, Ukraynaya maddi yardımın artırılması vacibdir.Sorğuda almanların 28%-i, fransızların isə 1/4-i belə düşüncədədir ki, yardım nə azaldılmalı, nə də artırılmalıdır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta