AZ

2026–2028-ci illəri əhatə edən yeni Baş Kollektiv Sazişin hazırlanmasına başlanılıb - Şahin Mustafayev

Bakı. Trend:

2026–2028-ci illəri əhatə edəcək yeni Baş Kollektiv Sazişüzərində işlər artıq başlanılıb.

Trend xəbərverir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bu gün Bakıdakeçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda islahatların mərkəzində insanamili dayanır:

"Azərbaycanda həyata keçirilən islahatların əsas mərkəzindəinsan amili dayanır. Bu strateji xətt həm dövlət qurumlarının, həmdə həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətini təşkiledir. Bu baxımdan həmkarlar ittifaqlarının səmərəli fəaliyyətihökumətin etibarlı tərəfdaşı kimi mühüm rol oynayır. Həmkarlarittifaqları da öz fəaliyyətlərində bu humanist prinsipləri rəhbərtutur. Nazirlər Kabineti sosial siyasətin dəstəklənməsi, əməkmünasibətlərinin tənzimlənməsi, iş yerlərində təhlükəsizlik vəsosial ədalət prinsiplərinin təmin olunması sahəsində həmkarlarittifaqları konfederasiyası ilə sıx əməkdaşlıq edir. Qeyd olunurki, əmək qanunvericiliyinin təkmilləşdirilməsi bu əməkdaşlığın əsasistiqamətlərindən biridir.
Əmək mühitinin yaxşılaşdırılması kollektiv sazişlərə əsaslanansosial tərəfdaşlığın nəticəsidir.
Azərbaycanda əmək mühitinin yaradılması və təkmilləşdirilməsiistiqamətində əldə olunan uğurlar baş kollektiv sazişə əsaslanansəmərəli sosial tərəfdaşlığın bariz nümunəsidir.

2026–2028-ci illəri əhatə edəcək yeni baş kollektiv sazişüzərində işlər artıq başlanılıb. Yeni sənəddə ənənəvi əməkhüquqlarının qorunması ilə yanaşı, müasir dövrün çağırışlarınacavab olaraq qloballaşan iqtisadiyyata uyğun ətraf mühit məsələlərivə ədalətli keçid prinsipləri, o cümlədən süni intellektin işyerlərinə mümkün təsiri kimi mühüm məsələlər də əksini tapacaq.

Yeni kollektiv sazişin hazırlanması zamanı sosial tərəfdaşlıq vəəməkdaşlıq prinsiplərinin daha da gücləndirilməsi əsas məqsədolaraq müəyyən edilib".

Məqalədə:
Seçilən
125
1
az.trend.az

2Mənbələr