Vətəninfo.az xəbər verir ki, dünən venesuelalı müxalifət lideri Maria Korina Maçado 2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dekabrın 12-də yenidən həbs olunmasına münasibət bildirib.
Maçado “X” hesabında yazıb ki, Nobel Sülh Mərkəzində xanm Məhəmmədinin şəklini görmək İran və Venesuela kimi rejimlərin qəddarlığını xatırladır: “Hakimiyyəti qorumaq və həqiqəti deyən səsləri susdurmaq üçün hər şeyə hazır olan rejimlər”.
O, Məhəmmədinin həbsini İranın qorxusunun açıq əlaməti kimi dəyərləndirib. Maçado hüquq müdafiəçisinə, habelə İranda qadınlara və siyasi məhbuslara ünvanladığı mesajda “siz tək deyilsiniz” deyərək Venesueladan onlarla həmrəy olduqlarını vurğulayıb.
Maçado Məhəmmədinin ailəsi ilə əlaqə saxlamasına icazə verilməməsini qəddarlıq adlandırıb, həbsi isə İran rejiminin “girov götürmə və adam oğurluğu” siyasətinin davamı kimi dəyərləndirib.