ain.az, Gununsesi saytına istinadən bildirir.
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubovun boş qalmış postuna yeni təyinat olacaq.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu vəzifəyə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Qədirov təyin olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl prokurorluq orqanları Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə vəzifəli şəxsini həbs edib.
Elmar
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.