ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Bettina Andersonla nişanlandığını elan edib.
Qarşıdan gələn toy Ağ Evdə keçirilən Milad qəbulu zamanı elan edilib və prezidentin özü bu xəbəri açıq şəkildə bildirib.
“Cebheinfo.az” xəbər veir ki, tədbirdə qonaqlarla danışan prezident böyük oğlunun və sevgilisinin evlənmək qərarına gəldiyini açıqlayıb. Daha sonra oğul Donald Tramp atasını qucaqlayıb və mikrofona tərəf dönərək "söz tapa bilmədiyini" deyib: "Bettinaya bir söz dediyi üçün təşəkkür etmək istəyirəm, bu, 'bəli'" sözüdür”.-deyə zarafat edib.
O, evlilik təklifi edərkən cavabdan əmin olmadığını deyib:
"Diz çökəndə sualı verməyə çalışırsan və cavabın nə olduğunu bilmirsən. Bu, həmişə bir az çətin olur. Amma o, “bəli” dedi və bu, ilin sonunda böyük bir qələbədir”.
38 yaşlı Bettina Anderson da söz alaraq Prezidentə və birinci xanım Melaniya Trampa dəvət və bayram ab-havası üçün təşəkkür edib:
"Ağ Evdə olmaq necə də şərəfdir. Cənab Prezident, bu inanılmaz qəbul üçün təşəkkür edirəm. Etiraf etməliyik ki, bu bəzəklər sadəcə möhtəşəmdir”.
"Bu, həyatımın ən unudulmaz həftəsonu oldu. Həyatımın sevgisi ilə evlənirəm və özümü dünyanın ən şanslı qadını kimi hiss edirəm", - deyə o bildirib.
Prezident Tramp gələcək gəlininə yaxınlaşıb, onu öpüb və gülümsəyərək "Uğurlar" deyib.
https://twitter.com/i/status/2000762105436185087
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.