AZ

Səadət Qəhrəmanova: 18 yaşı tamam olmayan şəxslərin nikaha daxil edilməsinin qarşısı qanunla tam şəkildə alınır

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilib və nikah yaşı ilə bağlı mövcud istisna ləğv olunub. Bildiyiniz kimi, nikah yaşı qanunla müəyyən edilir. Əvvəllər bir yaş istisnası mövcud idi və bu istisnaya əsasən yerli icra hakimiyyətləri müxtəlif bəhanələrlə 16-17 yaşlı qızların nikaha daxil olmasına razılıq verirdilər. Bu razılıq yerli icra hakimiyyətlərinin sərəncamları ilə həyata keçirilirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova

məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş brifinqdə söyləyib.

O bildirib ki, həmin istisna aradan qaldırılıb və hazırda həm oğlanlar, həm də qızlar üçün nikah yaşı 18 olaraq müəyyən edilib. Beləliklə, 18 yaşı tamam olmayan şəxslərin nikaha daxil edilməsinin qarşısı qanunla tam şəkildə alınır.

Seçilən
77
1
azertag.az

2Mənbələr