AZ

Azərbaycan bu il 22 ölkəyə 11,5 mlrd. dollarlıq neft ixrac edib – SİYAHI

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 524 604,65 min ABŞ dolları dəyərində 12 670 719,72 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 742 159,08 min dollar dəyərində 1 405 059,25 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü Xorvatiya tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 666 587,01 min dollar 1 255 021,16 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 11 514 966,53 min dollarlıq 22 132 445,56 ton neft ixrac edib.

APA-Economics” Azərbaycanın bu ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

Ölkələr Məbləğ, min $ Miqdar (ton)
Cəmi 11 514 966.53 22 132 445.56
1 İtaliya 6 524 604.65 12 670 719.72
2 Çexiya 742 159.08 1 405 059.25
3 Xorvatiya 666 587.01 1 255 021.16
4 Rumıniya 559 691.19 1 043 111.41
5 Almaniya 502 018.65 956 716.48
6 Portuqaliya 430 730.82 803 374.35
7 Yunanıstan 313 840.72 590 674.03
8 Böyük Britaniya 273 052.39 514 926.69
9 İrlandiya 267 776.63 524 907.84
10 Tunis 198 705.68 370 471.31
11 Niderland 182 857.88 360 687.86
12 Fransa 143 049.38 281 055.52
13 Hindistan 126 113.14 250 122.21
14 İsveçrə 96 641.78 172 862.46
15 Bolqarıstan 92 288.51 169 525.70
16 Avstriya 87 951.93 177 544.30
17 Tailand 75 910.84 137 785.75
18 İndoneziya 72 131.22 130 925.36
19 Türkiyə 68 994.28 142 382.68
20 Danimarka 49 689.27 88 157.38
21 İspaniya 38 585.23 82 575.87
22 Gürcüstan 1 586.27 3 838.22
Seçilən
29
39
7times.az

10Mənbələr