Demokrat.az saytına istinadən ain.az xəbər verir.
“Qızılın bahalaşması yalnız Rusiya–Ukrayna müharibəsi ilə bağlı deyil. Amma müharibə qızıl üçün əsas risk faktorlarından biridir”.Bunu iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, müharibə uzandıqca və dünyada gərginlik azalmadıqca investorlar pullarını qızıla yönəldir:“Hazırkı vəziyyət dəyişməzsə, yəni müharibə davam edərsə və qlobal risklər qalarsa, qızılın qiymətində artım 2026-cı ilin birinci, hətta ikinci rübünədək davam edə bilər. Bu prosesə mərkəzi bankların qızıl ehtiyatlarını artırması da təsir göstərir. Əgər Rusiya–Ukrayna müharibəsi başa çatsa, bazarlarda risk daha da arta bilər. Bu halda investorlar qızıla olan marağı azalda bilər. Nəticədə qızılın qiymətində qısa müddətli eniş mümkündür. Ancaq bu enişin kəskin və uzunmüddətli olacağı gözlənilmir. Çünki dünyada borclanma yüksəkdir, inflyasiya riski hələ tam aradan qalxmayıb və mərkəzi banklar qızıla marağını davam etdirir. Müharibə bitsə belə, qızıl bazarında ciddi ucuzlaşma yox, daha çox mərhələli qiymət düzəlişi gözlənilir. Qızıl 2026-cı ilə qədər də investorlar üçün etibarlı aktiv olaraq qalacaq”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.