AZ

“Gürcü Arzusu” BBC-yə qarşı iddia hazırlayır

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası BBC telekanalına qarşı məhkəmə iddiası hazırlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, artıq vəkillərin iddia üzərində işlədiyini qeyd edib.

“İddianın hazırlanması üçün Britaniya tərəfinin hüquqi yardımından da istifadə olunacaq. Biz BBC-nin yalanının ifşa olunması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”, - spiker əlavə edib.

Seçilən
116
apa.az

1Mənbələr