AZ

Finalisimanın tarixi dəqiqləşdi

İspaniya və Argentinanın iştirak edəcəyi 2026-cı il Finalisima 2026-cı ilin mart ayında keçiriləcək.

Msport.az xəbər verir ki, daha əvvəl Finalisimanın Qətərdə, “Lusail İkonik” Stadionunda keçiriləcəyi bildirilmişdi.

“Finalissima kimi tanınan bu arzu martda gerçəkləşəcək. Biz məsələni UEFA ilə yekunlaşdırmağa yaxınıq və rəsmi təsdiq gözləyirik”, – İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luza deyib.

Oyunda İspaniya və Argentina iştirak edəcək. İspaniya hazırkı Avropa çempionudur, Argentina isə “Copa America”nın qalibidir.

Argentina millisinin kapitanı Lionel Messi daha əvvəl matçda oynamayacağını açıqlayıb.

Seçilən
106
msport.az

1Mənbələr