AZ

Böyük Britaniyada işsizlik səviyyəsi açıqlanıb

London, 16 dekabr, AZƏRTAC

Böyük Britaniyada işsizlik səviyyəsi oktyabr ayı ilə başa çatan üç ay ərzində 5,1 faizə çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Statistika İdarəsi (ONS) bu göstəricinin sentyabr ayına qədər olan üç ayla müqayisədə 0,1 faiz bəndi artdığını bildirib.

Məlumata əsasən, bu, 2021-ci ilin birinci rübündən bəri qeydə alınan ən yüksək işsizlik səviyyəsidir. Pandemiya dövrü nəzərə alınmadıqda isə göstərici 2016-cı ilin əvvəlindən bəri ən yüksək səviyyə hesab olunur.

Bundan əlavə, noyabr ayında əməkhaqqı alan işçilərin sayı 38 min nəfər azalaraq 30,3 milyon olub. Statistika qurumu bildirir ki, əmək bazarındakı durğunluqdan ən çox gənc işçilər təsirlənir və mövcud vəziyyət “sakitləşmiş əmək bazarı” kimi xarakterizə olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
34
azertag.az

1Mənbələr