Rəsmi Brüssel risklərdən qorxaraq dondurulmuş vəsaitlərin Ukraynaya verilməsinə qarşı çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardım məqsədilə istifadə edilməsi üçün Belçikanı razı sala bilməyiblər. Belçika hakimiyyəti risklərə məruz qalmamaq üçün əlavə zəmanətlər tələb edərək bu təklifdən imtina edib.
Məlumata görə, təklifdə Moskva tərəfindən qaldırıla biləcək mümkün məhkəmə iddialarını qarşılamaq üçün maliyyə vəsaiti, təhlükəsizlik sistemi və zəmanət verilənə qədər vəsaitin Ukraynaya köçürülməsinin dayandırılması nəzərdə tutulurdu. Lakin Belçika bu şərtləri yetərsiz sayıb və vurğulayıb ki, tam hüquqi zəmanətlər olmadan “Euroclear”dakı vəsaitlər blokdan çıxarılmayacaq.
Xuraman Etibarlı
İnterpress.az