Braziliyada Azadlıq heykəlinin 24 metrlik surəti güclü külək səbəbindən aşıb.
Publika.az xəbər verir ki, bu barədə "Hindustan times" məlumat yayıb.
Bildirilib ki, hadisə yerində xəsarət alan olmayıb.
Quayban meri Marselo Maranata sosial mediada hadisəni təsdiqləyərək, uçma zamanı küləyin sürətinin saatda təxminən 80 km olduğunu bildirib.