AZ

Sosial həsas ailələr üçün kupça əlçatan olmalıdır - Razi Nurullayev

Bir çox kəndlərdə sosial həsas vətəndaşlar kupça olmaması səbəbindən qaz və işıq çəkdirə bilmir. Bunu Milli Məclisin deputatı Razi Nurullayev depkabrın 16-da parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, texniki imkan olsa da, kupça və digər sənədlərin olmaması vətəndaşları əziyyətə salır və bu prosesdən imtina etmələrinə səbəb olur.

Nurullayev vurğulayıb ki, əgər dövlət müəyyən ailələr üçün sosial yardım ayırırsa, daşınmaz əmlak məsələlərinə də həmin kateqoriyadan olan şəxslərə diqqət yetirilməli və sadələşdirilmiş sənədləşmə yolu tətbiq edilməlidir.

Gülnar Nazimqızı

Seçilən
90
2
anews.az

3Mənbələr