AZ

Qubada FHN işçilərinin peşə bayramı qeyd edilib – FOTOLAR

Qubada Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin yaradılmasının 20-ci il dönümü münasibətilə tədbir keçirilib.
16 dekabr 2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci il dönümü münasibətilə rayonda tədbir keçirilmişdir. Əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin regional və rayonda fəaliyyət göstərən struktur bölmələrinin rəhbər şəxsləri və əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Quba rayonunda yerləşən “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Sonra tədbir Quba Rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyinin yaradılmasının 20-ci il dönümü münasibətilə şəxsi heyəti təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə çıxış edənlər göstərilən yüksək diqqətə və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.
Sonda Fövqəladə Hallar Nazirliyinin ayrı-ayrı qurumlarının xidmətdə fərqlənmiş bir qrup əməkdaşına Quba Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təltif etmişdir.
  
Seçilən
99
7times.az

1Mənbələr