YEVLAX, 15 dekabr. TELEQRAF
Yevlax rayonunda dəbdəbəli ehsan mərasimləri yığışdırılır.
Teleqraf-ın Mərkəzi Aran bürosuxəbər verir ki, Rayon Ağsaqqallar Şurasının, dini icma nümayəndələrinin və ictimaiyyətin yaxından iştirakı ilə rayon hüdudlarında davamlı görüşlər keçirilir, təmtəraqlı ehsan məclislərinin aradan qaldırılması üçün təbliğat və təşviqat işləri həyata keçirilir.
Rayonun Xaldan qəsəbəsində, Havarlı, Hacıselli , Əkşəm kəndlərində və rayonun bir sıra digər yaşayış məntəqələrində müsbət nəticələr var.Artıq 20-dən çox yaşayış məntəqəsində dəbdəbəli ehsan məclislərinə son verilib.
Əkşəm kəndinin imamı Molla Elşənin bildirdiyinə görə, müzakirələrdə ehsan məclislərində israfçılığa yol verilməməsi qərara alınıb.
Bundan sonra islam qaydalarına uyğun olaraq ehsan süfrələrində yalnız çay və yüngül şirniyyat olacaq.