Gəncədə yol qəzası olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin şərq çıxışında qeydə alınıb.
Belə ki, üzü Bakı istiqamətində olan “Wolkswagen Polo” markalı minik maşını qarşısına qəflətən qoyun çıxıb. Bu zaman minik maşını xırdabuynuzlu mal-qaranı vurub.
Nəticədə qoyun tələf olub, avtomobilə isə ciddi ziyan dəyib.Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.