AZ

Puşkov: Avropa İttifaqı gələcəkdə ABŞ-ı əhatə etməyən “Avro-NATO”ya çevrilə bilər

Avropa İttifaqı gələcəkdə müstəqil hərbi alyansa çevrilə və ABŞ-ın daxil olmadığı sözdə “Avro-NATO” formatını formalaşdıra bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqının rəhbərliyi Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini qəbul etdikdən sonra Birliyin hərbi komponentinin gücləndirilməsi və Ukraynaya dəstək məqsədilə Avropanın öz hərbi imkanlarının yaradılması məsələlərini müzakirə edir.

Puşkov hesab edir ki, bu yanaşma ABŞ-ın deyil, əsasən Avropa İttifaqı ölkələri və Böyük Britaniyanın daxil olduğu yeni təhlükəsizlik formatının — şərti olaraq “Avro-NATO”nun — formalaşmasına gətirib çıxara bilər.

Rusiya senatorunun fikrincə, Avropa liderlərinin son vaxtlar “Amerika sülhü” və ya “Pax Americana” dövrünün sona çatması ilə bağlı səsləndirdikləri bəyanatlar da bu prosesin tərkib hissəsidir və təsadüfi xarakter daşımır.

Seçilən
61
veteninfo.az

1Mənbələr