AZ

Çin yeni xəritəçəkmə peykini orbitə çıxarıb

Pekin, 16 dekabr, AZƏRTAC

Çin yeni “Ciyun III 04” (Ziyuan III 04) xəritəçəkmə peykini orbitə çıxarıb.

AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan daşıyıcı raketin buraxılışı Şensi əyalətindəki Tayyuan kosmodromundan yerli vaxtla 11:17-də (Bakı vaxtı ilə 7:17) baş tutub. Peyk planlaşdırılan orbitə çatıb.

Çin Kosmos Elmləri Akademiyası mütəxəssislərinin hazırladığı peyk orbitdəki “Ciyun III 02” və “Ciyuan III 02” ilə birlikdə fəaliyyət göstərəcək. Stereoskopik xəritəçəkmə kamerası, çoxspektrli kamera və lazer ölçü cihazı ilə təchiz edilən peyklər yüksək dəqiliklik üçölçülü (3D) şəkillər çəkə biləcək. Peyk qrupundan əldə olunan məlumatlar coğrafi informasiya mənbələrinin inkişafı, təbii sərvətlərin araşdırılması və monitorinqi, ərazi torpaq planlaşdırması, təbii ehtiyatlara nəzarətdə tətbiq olunacaq.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
153
azertag.az

1Mənbələr