AZ

İran mollasından qadınlara şok sözlər: “Kaş içki içərdiniz, amma hicablı olaydınız” VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

İranda Əli Əşrəf Moəyyedi adlı din xadimi qadınlar və qızlarla bağlı səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub.Bizim.Media xəbər verir ki, o, çıxışında hicab taxmayan qadınlara müraciət edərək, bu davranışla guya özləri üçün “hansı insan hüquqlarını yaratdıqlarını bilmədiklərini” iddia edib.Hökumət mollası sərt və ziddiyyətli ifadələr işlədərək deyib: “Kaş içki düşkünü və haram yeyən olaydınız, amma hicablı olaydınız. Beləliklə, bütün insan hüquqlarını özünüz üçün toplamış olardınız. Ölüm anı yaxınlaşanda isə qaçış yolunuzun olmadığını görəcəksiniz”.İranda qadınlar uzun illərdir məcburi hicab siyasəti və dövlət zorakılığı ilə üzləşir. Belə bir şəraitdə hökumətə yaxın din xadiminin “kaş içki içərdiniz, amma hicab geyinərdiniz” kimi ziddiyyətli və təhqiramiz fikirlər səsləndirməsi, rejimin qadın azadlıqlarına yanaşmasındakı ikili standartları bir daha açıq şəkildə ortaya qoyur.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
1
bizim.media

2Mənbələr