AZ

Məktəbdə insident: Şagird bıçaqlandı

Yazını böyüt
Yazını kiçilt

Moskva vilayətində məktəbə bıçaqla hücum edən şəxs bir şagirdi öldürüb, bir mühafizəçini isə yaralayıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, faktla bağlı cinayət işi açılıb.

İlkin məlumatlara görə, məktəbli əvvəlcə mühafizəçini bıçaqlayıb, sonra gözyaşardıcı qazdan istifadə edib, ardınca isə on yaşlı dördüncü sinif şagirdini bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxsin köynəyində "Heç kimin həyatı önəmli deyil" yazısı olub. Məlumata görə, zorakılıq və terrorizmi təbliğ edən radikal təşkilat bu ad altında fəaliyyət göstərir.

Daha sonra hücumu törədən şagirdin arxa planda ölən məktəbli ilə birlikdə çəkilmiş şəkili dərc edilib.

Rusiyada

Rusiyada

Seçilən
100
hafta.az

1Mənbələr