Məktəbə hücum edən şagirdin “Mənim qəzəbim” manifesti üzə çıxıb. O, qətliama günlərlə hazırlaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Hədəfdəki müəlliməni axtaran məktəbli tualetdə paltarını dəyişdikdən sonra dəhlizdə 8 dəqiqə gəzib.
Moskva vilayətinin Uspensk məktəbinə hücum edən şagirdin dəhşətli planının təfərrüatları məlum olub.
İstintaq müəyyən edib ki, o, hücuma bir neçə gün əvvəldən hazırlaşıb. Bu müddət ərzində yeniyetmə 11 səhifəlik “Mənim qəzəbim” adlı manifest yazıb və onu sinif yoldaşlarına göndərib.
Hadisə günü o, məktəb tualetində paltarını dəyişib. Daha sonra 8 dəqiqə ərzində dəhlizlərdə sərbəst gəzərək müəllimlər və şagirdlərlə sakitcə danışıb.
Onun sinif otaqlarına girərək konkret bir müəlliməni axtardığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az