AZ

Trampın adamları Berlində Zelenskidən bunu tələb etdi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donad Tampın kürəkəni Cared Kuşnerin Ukrayna lideri Volodimir Zelenskidən tələbi ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Onlar Berlində görüş zamanı qoşunların Donbasdan çıxarılmasını qətiyyətlə istəyiblər. Amerikalılar bunu Rusiya Prezidenti Vladimir Putin üçün əsas hesab edirlər. Zelenski öz növbəsində sonrakı mərhələdə onları nələrin gözlədiyi ilə bağlı dəqiq cavab istəyir”, – deyə bildirilib.

Qeyd edək ki, Uittkoff, Kuşner və Zelenski arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar dekabrın 14-də Berlində baş tutub. Görüş beş saat davam edib. Avropa liderləri dekabrın 15-də danışıqlara qoşulublar.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
122
globalinfo.az

1Mənbələr