GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşının xahişindən sonra Milad ağaclarının rəngini dəyişdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Donald Tramp özü danışıb.
“Bundan əvvəlki illərdə o, seçiminə görə tənqid edilmişdi. Bu, Melaniyanı həqiqətən incitdi. Həmin zaman Melaniya qarla örtülmüş gözəl ağ yolkalardan istifadə etmişdi, sonra qırmızı rəngi seçdi. Bu, çox gözəl idi, lakin yenə tənqid edildi”, – Ağ Ev rəhbəri bildirib.
O, mənfi şərhlərdən yayınmaq üçün Melaniya Trampdan yaşıl Milad ağacları almasını istədiyini vurğulayıb.
Lakin ABŞ-ın birinci xanımı bəzək seçiminə görə bir daha tənqid olunub. Tramp internet istifadəçilərini başa düşmədiyini deyib.
Qeyd edək ki, noyabr ayında Melaniya Tramp Ağ Evin Milad ağacını təqdim edib. Birinci xanım hərbi orkestrin sədaları altında ictimaiyyət qarşısına çıxıb.
Günel Cəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.