AZ

Tramp bu milyarderlə bağlı Cinpinə ağız açdı: Sözünü eşidəcək?

Tramp Çin prezidenti Si Cinpini müxalifətçi Honkonq media maqnatı Cimmi Layı azad etməyə çağırıb. ABŞ prezidenti Layın məhkumluğundan "çox pis" olduğunu və bu barədə Çin lideri ilə danışdığını deyib.

Publika.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Amerika prezidenti Honkonq media maqnatının milli təhlükəsizliyi pozmaq ittihamı ilə məhkum edilməsindən təəssüfləndiyini bildirib.

"Özümü çox pis hiss edirəm. Bu barədə prezident Si Cinpinlə danışdım və onun azadlığa buraxılmasını nəzərdən keçirməsini xahiş etdim", - Tramp deyib.

ABŞ prezidenti Cimmi Lay haqqında deyib: "O, yaşlı bir kişidir və özünü yaxşı hiss etmir. Ona görə də hər halda bu xahişi etdim. Görək nə olacaq"

Seçilən
117
publika.az

1Mənbələr