AZ

Avropa İttifaqının səkkiz ölkəsi müdafiəyə vəsait ayrılmasını müzakirə edəcək

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının Rusiya ilə sərhəddə yerləşən səkkiz ölkəsinin liderləri dekabrın 16-da Helsinki şəhərində keçiriləcək sammitdə müdafiəyə vəsait ayrılmasını İttifaqın ümumi büdcəsindən təmin etmək məsələsini qaldıracaqlar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" qəzeti adları açıqlanmayan üç Avropa hökumət rəsmisinə istinadən məlumat yayıb.

Hökumət nümayəndələrinin fikrincə, bu regionda təhlükəsizliyin təmin edilməsi xərcləri yalnız ayrı-ayrı ölkələrin üzərinə düşməməlidir. Liderlər istəyirlər ki, 2028–2034-cü illər üçün nəzərdə tutulan Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsində bu məqsəd üçün xüsusi vəsait nəzərdə tutulsun.

Qəzetin müsahibi qeyd edib ki, bu ölkələrin liderləri Avropa İttifaqından “yeni maliyyə imkanları” və “həmrəylik prinsipi əsasında işləyən maliyyə alətləri” təklif etməsini gözləyirlər.

16 dekabrda Helsinkidə keçiriləcək sammitdə Finlandiya, İsveç, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstan nümayəndələri iştirak edəcək.

Adının açıqlanmasını istəməyən mənbə "Bloomberg" agentliyinə bildirib ki, sammitdən sonra ortaq bəyanat gözlənilir. Liderlər “dron divarı” layihəsi — pilotsuz uçan aparatlara qarşı müdafiə və hərbi mobilik təşəbbüsü ilə bağlı mövqelərini təqdim edəcəklər.

Finlandiya Baş naziri Petteri Orpo bildirib ki, “Avropa İttifaqının şərq sərhədlərini gücləndirməsi vacibdir”, çünki bölgədə “hibrid əməliyyatlar, kiberhücumlar və hava məkanının pozulması” baş verib. Sammitdə ölkələrin müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gələcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
125
icma.az

1Mənbələr