AZ

Zəngəzurla bağlı Xameneinin müşavirinə İrəvandan cavab

BAKI, 16 dekabr. TELEQRAF

“TRIPP Ermənistanın tam ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərəcək və qarşılıqlı bərabərlik prinsiplərinə əsaslanacaq, biznes layihəsidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan TRIPP-lə bağlı İranın Ali dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin açıqlamasını şərh edərkən deyib.

“İranlı həmkarlarımızla daim təmasdayıq və inkişaflar barədə xəbərdar edirik, onların həssaslıqları və maraqlarını nəzərə alırıq. İran Xarici İşlər Nazirliyi bu baxımdan dəfələrlə bəyan edib ki, bu layihə onların qırmızı xətlərini nəzərə alır.

Biz qonşularımızın həyati maraqlarını nəzərə alırıq və İran məsələsində bu maraqlar əksər hallarda üst-üstə düşür”, - Ruben Rubinyan qeyd edib.

Xatırladaq ki, Əli Əkbər Vilayəti bundan əvvəl İranın TRIPP layihəsinə qarşı olduğunu bildirib. Xameneinin müşavirinin fikrincə, bu layihə ilə Zəngəzur dəhlizi arasında heç bir fərq yoxdur.

Seçilən
115
1
teleqraf.com

2Mənbələr