AZ

Saatlıq iş rejiminə keçid nə vəd edir? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Son 10 ildə Azərbaycanın əmək qanunvericiliyində ciddi dəyişikliklər baş versə də, bu dəyişikliklər əsasən işəgötürənlərin xeyrinə olub. Hazırkı vəziyyətdə işçilərin hüquqları faktiki olaraq zəif vəziyyətdədir. Bunun əsas səbəblərindən biri dövlətin müvafiq nəzarət mexanizmlərinin əmək müfəttişliyinin və əlaqədar komissiyaların yerlərdə effektiv monitorinqlər aparmamasıdır".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.O, bildirib ki, reallıqda nəzarət daha çox kağız üzərində qalır:"Müraciətlərə cavablar əsasən məktublaşma ilə məhdudlaşır, real araşdırma və yerində yoxlamalar aparılmır. Xüsusilə dövlət müəssisələrində və inzibati sahələrdə çalışan işçilər üçün vəziyyət daha problemlidir. Bir çox hallarda işçilərin səsi eşidilmir, əmək hüquqları formal şəkildə qorunur".Sosioloq bildirib ki, bayram günləri, istirahət vaxtları və qanunla nəzərdə tutulan əlavə ödənişlər praktiki olaraq təmin edilmir:"İşçilər bu günlərdə çalışsalar belə, əlavə haqq almır, nəticədə əməkhaqqı faktiki olaraq azalır. Digər tərəfdən, bəzi işəgötürənlər mövcud boşluqlardan istifadə edərək insanları qeydiyyatsız işlədirlər. Bayram günlərində qapı-qapı xidmət göstərən kommunal sahə işçiləri buna nümunədir. Onlar da istirahət günlərində işləsələr belə, əlavə ödəniş və ya kompensasiya almırlar".Onun sözlərinə görə, bu vəziyyət işəgötürənlərə daha geniş imkanlar yaradır və işçi əməyinin istismarına şərait formalaşdırır:"Əgər qanunlar real şəkildə işləsə və həm işçini, həm də işəgötürəni eyni dərəcədə qorusaydı, vəziyyət fərqli olardı. Lakin hazırkı şəraitdə bu balans pozulub. Xüsusilə inzibati və xidmət sahələrində çalışanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. İşdən çıxarıldıqdan sonra onların yenidən iş tapmaq imkanları məhduddur. Bu isə ailələrin maddi vəziyyətinin daha da ağırlaşmasına və sosial problemlərin dərinləşməsinə səbəb olur".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
138
demokrat.az

1Mənbələr