AZ

Əraqçi Rusiyaya gedib

"TASS" dövlət xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, onu hava limanında İranın Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb. Məlumata əsasən, Abbas Əraqçi səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər regional və qlobal məsələlər, habelə təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində əməkdaşlıq mövzuları haqqında müzakirələr aparacaqlar. Danışıqlarda həmçinin İranın nüvə proqramı ətrsfında formalaşan gərgin vəziyyətə də toxunulacaq.

Yeri gəlmişkən, dünən Sergey Lavrov İran televiziyasınamüsahibəsindəMoskva-Tehran münasibətlərinin inkişafını Rusiyanın xarici siyasətinin prioritetlərindən biriadlandırmışdı: "İranla Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq perspektivləri, ciddi ikitərəfli planları var".

Firudin Həmidli
AzVision.az
Seçilən
74
1
azvision.az

2Mənbələr