Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Şimali Ərəbistan dənizində FM-90 (N) ER “yer-hava” raketinin atış sınağını yerinə yetirib.
“Poliqon” ISPR-ə istinadən xəbər verir ki, sınaq zamanı Pakistan HDQ-nin döyüş gəmisindən atılan FM-90 (N) ER raketləri yüksək manevr qabiliyyətinə malik hava hədəflərini effektiv şəkildə vurub.
Bildirilib ki, bununla Pakistan HDQ döyüş qabiliyyətini və əməliyyat hazırlığını bir daha təsdiqləyib.