AZ

Qəzzada bir binanın dağıntıları altından 45 cəsəd aşkarlanıb

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fələstin Sivil Müdafiə Qrupları tərəfindən Qəzza şəhərində aparılan dağıntı təmizləmə işləri zamanı, uzun müddət əvvəl İsrail ordusu tərəfindən dağıdılmış bir binadan 45 cəsəd tapılıb.

Bizimyol.info xəbər verir ki, Fələstin Sivil Müdafiə Spikeri Mahmud Basal verdiyi açıqlamada, xilasetmə qruplarının ilkin olaraq az mərtəbəli evlərin dağıntılarını təmizləməyə başladığını bildirib. Bu səbəb olaraq, mövcud texniki vasitələrin yüksək binaların dağıntıları üçün yetərli olmadığını qeyd edib. Mahmud Basal: "Minlərlə fələstinli iki ildən çoxdur ki, dağıntı altında qalıb və bu, onların ailələri üçün böyük əzab verir. Məhdud resurslar və sadə avadanlıqlarla bu mürəkkəb və dərin humanitar vəzifəni yerinə yetiririk. Bu, ağrılı bir sualı gündəmə gətirir: Niyə İsrail əsgərlərinin cəsədlərini çıxarmaq üçün böyük beynəlxalq reaksiyalar verilir, amma fələstinlilər hələ də dağıntı altında qalır?", - deyə bildirib.

Sivil Müdafiə Spikeri Mahmud Basal: "Əgər daha böyük ekskavatorlarımız olsaydı, müdaxilə prosesi daha sürətli olardı. Amma problem odur ki, əgər bu sürətlə davam etsək, xilasetmə işləri üçün təxminən 3 il vaxtımız olacaq", - deyə əlavə edib.

Qəzza zolağında təxminən 436 min evin 77%-i tamamilə dağıdılıb və ya zədələnib. Dağıntıların ümumi çəkisinin 50 milyon ton olduğu təxmin edilir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bu dağıntıların təmizlənməsi və cəsədlərin çıxarılması 20 il çəkə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
icma.az

1Mənbələr