Bakı. Trend:
Azərbaycanda 3 faydalı qazıntı yatağının auksion formasındahərracı keçiriləcək.
Trend-inməlumatına görə, Sumqayıt şəhəridəki “Sumqayıt” gil yatağının,Göyçay rayonundakı “Göyçay” qum-çınqıl yatağının, Ağsu rayonundakı“Ağsuçay” qum-çınqıl yatağının, Ağdam rayonundakı “Şelli” və“Burundağ” üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağlarının, eləcədə İmişli rayonudakı “Bəhrəmtəpə II” qum-çınqıl yatağının satışıbaş tutacaq.
Hər bir faydalı qazıntı yatağının istismar müddəti 1 ilədəknəzərdə tutulub.
Məlumata görə, hərraclar 29 yanvar 2026-cı il tarixində baştutacaq. Hər bir hərrac üzrə iştirak haqqı 540 manat həcmindəmüəyyənləşdirilib.
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil RzaUlutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərraclabağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğiniödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadəAgentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu,İstiqlaliyyət küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022)