AZ

İrəvan Moskvanın bu iddiasını RƏDD ETDİ

Emənistan Moskvanın “Tramp marşrutu” layihəsində iştirak iddialarını rədd edib.

KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib ki, bu məsələ ilə bağlı Rusiya ilə heç bir müzakirə aparılmır.

Rusiya XİN-in “yardıma hazırıq” bəyanatına Rubinyan istehzayla cavab verib: “Onların adına sevinirəm”.

O, həmçinin İranın Ali Liderinin müşavirinin fikirlərinə də münasibət bildirib. Bunun Tehran rəsmilərinin mövqeyi olmadığını vurğulayıb.

Rubinyanın sözlərinə görə, İran XİN bu marşrutu problem deyil, fürsət kimi qiymətləndirir və rəsmi İrəvan da məhz bu mövqedən çıxış edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
119
konkret.az

1Mənbələr