AZ

Təbii fəlakət: Ölü sayı 1000-i ötüb

İndoneziyanın Sumatra adasında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 1030 nəfərə yüksəlib. 

"Cebheinfo.az" xəbər verir ki, İndoneziya Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (BNPB) Şimali Sumatra, Qərbi Sumatra və Açe bölgələrində baş verən fəlakətlərlə bağlı açıqlama yayıb. 

Açıqlamada bildirilib ki, sel və torpaq sürüşmələri nəticəsində 1030 nəfər həyatını itirib, 206 nəfər isə itkin düşüb. Nazirlər Kabinetinin iclasında çıxış edən İndoneziya Prezidenti Prabovo Subianto fəlakətdən zərər çəkmiş bölgələrdə bərpa prosesinin zaman alacağını, lakin 2-3 ay ərzində vəziyyətin normallaşdırılmasının hədəfləndiyini bildirib. Subianto bölgəyə 1000 ədəd ağır texnikanın göndərildiyini qeyd edib: 

“Yolların əksəriyyətinə çıxış bərpa olunub, yalnız bir neçə bölgə hələ də təcrid olunmuş vəziyyətdədir”. O, hər gün 60 helikopter və çoxsaylı təyyarənin bölgəyə humanitar yardım çatdırmaq üçün fəaliyyət göstərdiyini, hökumətin zərər çəkmiş əyalətlərdə 2000 müvəqqəti və daimi yaşayış evi inşa edəcəyini açıqlayıb. 

BNPB dekabrın 8-də bildirib ki, Sumatra adasında fəlakət nəticəsində zədələnmiş infrastrukturun bərpası üçün İndoneziya təxminən 3 milyard dollar xərcləyə bilər. Üç əyalətdə aparılan zərər qiymətləndirmə işləri davam etdikcə, yenidənqurma üçün ayrılacaq vəsaitin daha da arta biləcəyi qeyd olunub. 

Seçilən
63
1
cebheinfo.az

2Mənbələr