Bakı, 16 dekabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən və Orta Asiyanın ən yaxşı universitetlərindən biri olan Manas Universitetində seminar keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, böyük qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 97-ci ildönümü çərçivəsində baş tutan seminarda universitetin türkoloq alimləri, müəllimləri, bu istiqamətdə təhsil alan bakalavriat və magistratura tələbələri iştirak ediblər.
Mehman Həsənli “Çingiz Aytmatovun azərbaycanlı yazıçılarla dostluq əlaqələri” mövzusunda çıxış edib, müəllim və tələbələrin suallarını cavablandırıb.