AZ

Aİ Rusiyadan qaz alışını 2%-dən çox azaldıb

BAKI, 16 dekabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) 2025-ci ilin yanvar–oktyabr aylarında Rusiyadan təxminən 11,4 milyard avro məbləğində qaz alıb, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.

Teleqraf xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Rusiyadan boru kəməri ilə nəql olunan qaz 5 milyard avroya, mayeləşdirilmiş təbii qazisə 6,4 milyard avroya alınıb.

Aİ ölkələri oktyabr ayında Rusiyadan idxal olunan LNGüçün 425 milyon avro ödəyib. Əsas idxalçılar Fransa (162 milyon avro), Belçika (155 milyon avro) və Niderland (76 milyon avro) olub. İspaniya isə Rusiyadan mayeləşdirilmiş qaz alışını son dörd ilin minimumuna endirərək 31 milyon avro səviyyəsində saxlayıb. Oktyabrda AİRusiyadan boru kəməri nəqletdiyi qaz həcmlərinə 429 milyon avro ödəyib.

Seçilən
120
2
teleqraf.com

3Mənbələr