AZ

Naxçıvan DİN-dən silsilə əməliyyatlar: 85 nəfər məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyininəməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanınayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğununtəmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermişdigər hüquqazidd əməllər törədən şəxslərin saxlanılaraq məsuliyyətəcəlb olunmaları istiqamətində silsilə əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bubarədə DİN məlumat yayıb.

Bildirilir ki, keçirilən tədbirlər nəticəsində ümumilikdə 85nəfər məsuliyyətə cəlb edilib. Narkotiklərin qanunsuz dövriyyəsinivə satışını təşkil edən, xüsusi qulluqla çətənə kolları yetişdirən9 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitəvə psixotrop maddələr aşkar edilərək götürülüb.
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrinistehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarındahazırlanmasına , əldə edilməsinə, saxlanmasına, daşınmasına görəisə 34 nəfər məsuliyyətə cəlb edilib.

Avtomobillərdən silsilə oğurluqlar edən, avtomobillərin dövlətqeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzillərdən, ticarətobyektlərindən, əkin sahələrindən eləcə də digər məkanlardan pul,qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları, tikintimaterialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlbolunub.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərnəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, işədüzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər saxlanılıb.

Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən,avtomobil qaçıran 2 şəxs polis əməkdaşları tərəfindən keçirilənoperativ tədbirlərlə saxlanılıb.

11 qanunsuz ağac kəsmə faktı müəyyən olunaraq 1 faktla bağlıcinayət işi başlanmış, digər faktlarla bağlı toplanmış materiallarmüvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyətiüzrə göndərilmişdir.

Qeyd edilən dövr ərzində polis əməkdaşları tərəfindən qanunsuzolaraq saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı,578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 ədəd süngü bıçağıaşkarlanaraq götürülüb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinəticəsində isə mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarınagörə eləcə də cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışdaolan 158 nəfər saxlanılıb.

“102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxilolan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.

Seçilən
81
6
az.trend.az

10Mənbələr