AZ

Rusiya Tramp marşrutu ilə bağlı Ermənistanla məsləhətləşmələr aparmaq istəyir

Rusiya Tramp marşrutu təşəbbüsünün parametrləri və Rusiyanın layihədəki mümkün iştirakı ilə bağlı Ermənistanla məsləhətləşməyə hazırdır.

Bu barədə "RIA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

Diplomatın sözlərinə görə, "bunun üçün kifayət qədər əsas var".

M.Kalugin qeyd edib ki, söhbət marşrut üzrə üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmış hissədə gedir.

Rusiya XİN təmsilçisi bildirib ki, "Rusiya Dəmiryolları"nın törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmiryolları" Ermənistanın dəmiryol şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Cənubi Qafqazda Rusiya dəmiryol xəttindən istifadə olunur. Tramp marşrutu əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.

M.Kalugin əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü amili də nəzərə alınmalıdır. Diplomatın sözlərinə görə, Ermənistanın Rusiyasız keçinə bilməyəcəyi aydındır.
Seçilən
126
7news.az

1Mənbələr