AZ

Rusiya üçün böyük İTKİ: Nə baş verir? KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletenyuk Rusiya sualtı qayığının Novorossiyskdə vurulması əməliyyatının təfərrüatlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu, İkinci Dünya Müharibəsindən sonra Rusiya üçün ikinci döyüş itkisidir.

Pletenyuk bildirib ki, əməliyyat çoxşaxəli idi və burada zərərverici vasitənin hazırlanmasından tutmuş planlaşdırmaya və məlumat sızmasının qarşısının alınmasına qədər bir çox mərhələ var idi. Bu, kompleks və olduqca çətin bir işdir.

“Əməliyyatın xüsusilə çətin tərəfi Novorossiysk bazasının müdafiəsi ilə bağlıdır. Rusiya son vaxtlar təhlükə səbəbindən öz gəmi və sualtı qayıqlarını Xəzər dənizində saxlamır. Onlar gəmi və qayıqları təhlükə olduqda bazadan çıxarıb digər əraziyə yerləşdirirlər. Amma bu dəfə bazadakı təhlükəni gözləmirdilər və ərazini tərk etmədilər”, – Pletenyuk vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
24
konkret.az

10Mənbələr