AZ

TƏCİLİ: Kreml Milad atəşkəsi təklifinə cavab verdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əgər Kiyevdə uzunmüddətli danışıqları qısa müddətli qərarlarla əvəz etmək istəyi üstünlük təşkil edirsə, Moskva buna razı olmayacaq.

KONKRET.az xəbər verir ki, jurnalistin Kiyev və Avropa ölkələrinin birgə təklif etdiyi Milad atəşkəsinə Rusiya razı olacaqmı sualına Peskov belə cavab verib:

“Hazırda əsas məsələ ABŞ Prezidenti Trampın dediyi kimi, razılaşmaya gəlib-gəlməməyimizdir. Bizim mövqeyimiz açıq, ardıcıl və amerikalılar üçün başa düşüləndir. Ümumilikdə, ukraynalılar üçün də aydındır. Əgər ukraynalılar arasında razılaşmanı qısa müddətli qərarlarla əvəzləmək arzusu üstünlük təşkil edərsə, biz buna qoşulmağa hazır deyilik. Biz sülh istəyirik, atəşkəsi yox, atəşkəsin Ukraynaya nəfəs almağa imkan verməsi və müharibəni davam etdirməyə hazırlıq üçün fasilə yaratmasını istəmirik,” – deyə Peskov vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
136
konkret.az

1Mənbələr