Kamboca ilə sərhəd münaqişəsində həlak olan Tailand hərbçilərinin sayı 17-yə çatıb.
Herbiand.az bildirir ki, bu barədə “Matichon” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, davam edən döyüşlərdən sonra dekabrın 15-də Tayland ordusunun bir zabiti həlak olub.
Qeyd edək ki, iki ölkə arasında silahlı qarşıdurma dekabr ayının 7-də başlayıb.
Bəxtiyar CƏFƏRLİ