Bakı. Trend:
Yerlərdə vətəndaşdan tələb olunur ki, daha öncə təsdiq edilənnövbətçilik qrafikinə əsasən, vətəndaşın təyin edildiyi növbəti işqrafikinə uyğun gündüz və gecə iş rejiminə əməkhaqqının ortalamaaylıq hesabat üzrə hesablanmasına, həmçinin gələcəkdə iş qrafikinindəyişilməsinə etiraz etməsinlər.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentinbugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, əvvəldən vətəndaşın qanunvericiliyinverdiyi üstünlüklərdən yararlanmaması üçün bu qəbildən olanaddımlar atılır:
“Əmək Məcəlləsində bu məqamlar nəzərə alınmaqla yanaşı, eynizamanda müvafiq qanunvericilik aktlarında vətəndaşların işçihüquqlarının pozulması ilə bağlı olan məqamlarda sanksiyalar ciddişəkildə sərtləşdirilməlidir”.
Deputatın sözlərinə görə, kənd bələdiyyələrinin büdcəsi əsasənyerli vergilərdən formalaşır. Onlar öz işçilərinə görə DövlətSosial Müdafiə Fonduna (DSMF) mütəmadi olaraq vəsait ödəməkməcburiyyətindədirlər.
“Lakin kənd yerlərində yığımda problemlər olur. Bu da vaxtındaəməkhaqlarının verilməməsinə zəmin yaradır. Belə olan halda daDSMF-yə ödənişlər vaxtında edilmir. Bu da cərimələrin üst-üstəgəlməsinə gətirib çıxarır.
Kənd bələdiyyələrinin büdcələri bunların öhdəsindən gəlməkiqtidarında deyil. Gələcəkdə də bu istiqamətdə tənzimləyiciaddımların atılmasına və kənd bələdiyyələrinin vəziyyətinin nəzərəalınmasına ehtiyac var”, - deyə E.Mirzəbəyli qeyd edib.