AZ

Təcrübəçi kimi gəlmişdi, indi BMW yə rəhbər oldu FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

"BMW"nin hazırki direktoru Oliver Zipsenin xələfi məlum olub.

Avtosfer.az xəbər verir ki, 2019-cu ildə rəhbər seçilən Zipsenin mandatı 2023-cü ildə növbəti dəfə uzadılmışdı. Artıq onun missiyası başa çatıb.

Zipseni bu postda əvəzləyəcək şəxs də məlumdur. 2026-cı ilin mayında bu vəzifəyə Milan Nedeljkoviç gətiriləcək. Onun başlıca missiyası elektrikləşməyə keçid olacaq.

1993-cü ildə "BMW"yə təcrübəçi kimi gələn Nedeljkoviç şirkətin Leypsiq və Münxendəki zavodlarında çalışıb, keyfiyyətə nəzarət bölməsinin rəhbəri olub. O, fəaliyyəti dövründə yaxşı menecer kimi tanınıb.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
150
1
avtosfer.az

2Mənbələr