AZ

Ermənistanda Qarabağdan köçüb gələn neçə erməniyə vətəndaşlıq verilib?

Qarabağdan köçüb gedən 26.233 nəfər artıq Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan dekabrın 16-da Ermənistan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Mənzil İslahatları və Yaşayış Şəraitinin Yaxşılaşdırılması (THRIVE) kredit və qrant müqavilələrinin təsdiqlənməsi ilə bağlı müzakirə zamanı bildirib.

"Bu günə qədər Qarabağdan gələn 26 233 soydaşımız Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib. Onlardan 16 919-u yetkin, 8 314-ü isə yetkinlik yaşına çatmayandır. Vətəndaşlıq üçün ərizə verən və hazırda baxılan vətəndaşların sayı 6696-dır", - Xaçatryan bildirib.

Vətəndaşlığın rədd edilməsi ilə bağlı şayiələrə gəldikdə, rəsmi şəxs belə bir məlumata malik olmadığını bildirib.

Seçilən
118
publika.az

1Mənbələr