AZ

Binəqədidə kanalizasiya kollektoru üstündə tikilən ev çökdü –FOTO

Ötən gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evləri uçub.

AzPost Teleqraf-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, həmin mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib.

Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və ərazidə çökmə baş verib.

Sakinlər iddia edir ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb, bu da ərazinin çökməsinə səbəb olub.

AzPost.az

Seçilən
160
2
azpost.info

3Mənbələr