AZ

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. 

Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood” MMC seçilib. 

"Embawood” şirkəti Azərbaycanın mebel sənayesində aparıcı şirkətlərdən hesab edilir. 1996-cı ildən fəaliyyət göstərən şirkət 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3250 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. 

"Embawood” şirkətinin təsisçisi isə deputat Məşhur Məmmədovdur. O, 2011-ci ilə kimi şirkətin baş direktoru vəzifəsində çsalışıb. 2011-2013-cü illərdə isə  "Embawood Gürcüstan” şirkətinin baş direktoru olub. Məşhur Məmmədov 2013-2015-ci illərdə "Embawood” MMC-nin təsisçisi kimi qalmaqla şirkətin direktor müavini vəzifəsində işləyib. 

Məşhur Məmmədov 2020-ci ildən deputatdır. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
108
1
qaynarinfo.az

2Mənbələr