
“Böyük Britaniya Ukraynaya 600 milyon funt sterlinq (təxminən 800 milyon dollar) dəyərində hava hücumundan müdafiə avadanlığı vermək qərarına gəlib”.
Missiya.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.
“Hava müdafiəsi mütləq prioritetdir. Buna görə də bu gün Böyük Britaniyanın Ukraynanın hava müdafiəsinə bir ildə ən böyük investisiyasını təsdiqləyə bilərəm. Bu investisiyanın dəyəri 600 milyon funt sterlinq, minlərlə hava müdafiə sistemi, raket və dronları vurmaq üçün avtomatlaşdırılmış qüllələrdir”, - deyə siyasətçi vurğulayıb.
Hili qeyd edib ki, Böyük Britaniya tezliklə öz ərazisində yeni Oktopus tutucu dronlarının istehsalına başlayacaq və hər ay minlərlə yeni dron Ukraynaya təhvil veriləcək.
"Missiyamız aydındır. Bu gün mübarizəni dəstəkləmək, sabah isə sülhü təmin etmək. Əgər Rusiya Prezidenti Vladimir Putin bu müharibəni gələn il davam etdirmək qərarına gələrsə, Moskvaya mesaj aydındır. Təmas Qrupu 2026-cı il ərzində yalnız daha güclü, daha birləşmiş olacaq və Ukrayna döyüşçülərinə daha çox avadanlıq verəcək", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az