AZ

Dubayda dronlarla dünyanın ən böyük “Tetris”i oynanılıb (FOTO)

Bakı. Trend:

Dubayda dünyanın ən erkən video oyunlarından olan “Tetris”in ənböyük versiyası oynanılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Dünya rekordu hesab olunan bu nümayişdə oyunun baş tutması üçün2 mindən çox drondan istifadə edilib. Həmin dronlar oyunçununnizamlamağa çalışdığı müxtəlif formalı “Tetris” bloklarınıimitasiya edib.

Beynəlxalq “Tetris” yarışında qalib Türkiyəni təmsil edən FehmiAtalar olub. O, beş dəqiqə ərzində 168 566 xal toplayaraq birinciyeri tutub.

Qeyd edək ki, dünyanın ikinci ən çox satılan video oyunu kimitarixə düşmüş “Tetris” 1984-cü ildə rusiyalı dizayner AleksandrPajitnov tərəfindən yaradılıb və onun ümumilikdə 520 milyona yaxınnümunəsi satılıb.

Dubayda
Məqalədə:
Seçilən
122
az.trend.az

1Mənbələr