Bakı. Trend:
Cari İran ilinin 8 ayı ərzində (20 mart -21 noyabr 2025) İranınAzərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart-20 noyabr 2024) müqayisədə dəyər baxımından 66,6%, çəki baxımından59,7% azalıb.
Trend bu barədəİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverib.
Statistikaya əsasən, 8 ay ərzində İranın Azərbaycandan məhsulidxalı təxminən 7,53 milyon dollar dəyərində 3,74 min ton təşkiledib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranAzərbaycandan təxminən 22,6 milyon dollar dəyərində, həcmifadəsində 9,29 min ton məhsul idxal edib.
Statistikaya görə, İran Azərbaycandan müxtəlif avadanlıqlar,sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxaledib.
Qeyd olunur ki, 8 ay ərzində İranın Azərbaycanla qeyri-neftməhsul ticarəti təxminən 398 milyon dollar dəyərində, təxminən 580min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 17,6%, çəki baxımından 2,45%azalıb.
Əlavə edək ki, İran Gömrük Administrasiyasının məlumatına görə,8 ayda İranın məhsul idxalı 39,5 milyard dollar dəyərində 25,8milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 14,3% azalıb, çəki baxımından isə 3%artıb.