Ukrayna ilə bağlı ABŞ-la son təmaslar amerikalıların Rusiyanın mövqeyini daha dərindən anladıqlarına ümid verir.
Herbiand.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibəsində bildirib.
Lavrov söyləyib ki, ABŞ Ukraynanın NATO-ya üzv olmayacağına razı olub, həmçinin ərazilərin Rusiyaya verilməsini asanlaşdıracağına söz verib: “İndi bu ilkin səbəbləri aradan qaldırmalıyıq və amerikalıların bunu başa düşməsi yaxşıdır. Onlar açıq şəkildə bildiriblər ki, heç bir NATO olmayacaq. Və onlar açıq şəkildə deyiblər ki, rusların əsrlər boyu yaşadığı torpaqlar yenidən rusların olmalıdır”.
XİN rəhbəri Rusiyanın digər tələbləri arasında Ukrayna Pravoslav Kilsəsinin və rus dilinin hüquqlarının bərpasını da qeyd edib.
Bəxtiyar CƏFƏRLİ